Araz Ağalarovun qardaşı qızının evindən 25 min dollar, 1 milyon rubl oğurladılar

Araz Ağalarovun qardaşı qızının evindən 25 min dollar, 1 milyon rubl oğurladılar

22 Avqust 2019 09:47
Bəyəndim (0) Bəyənmədim (0)

Tanınmış biznesmen Araz Ağalarovun qardaşı qızı, iş qadını Səbinə Ağalarovanın Rusiyadakı evi qarət olunub.

REN TV-nin məlumatına görə, Leninsk prospektində yerləşən mənzildən 1 milyon rubl (26 min AZN), 25000 ABŞ dolları oğurlanıb.

Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar.

Maraqlı orasındadır ki, oğurluq edənlər xanımın qızıl və qiymətli bəzək əşyalarına dəyməyiblər.

Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb. (Baku.vs)