Yük maşınlarında ehtiyat hissələri və papiroslar aşkar edilib

Yük maşınlarında ehtiyat hissələri və papiroslar aşkar edilib

26 Avqust 2019 17:12
Bəyəndim (0) Bəyənmədim (0)

Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal-gömrük nəzarəti xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Kamaz" markalı yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Oxuməni.az-ın verdiyi xəbərə görə, yoxlama zamanı yük avtomobilinin alt hissəsində həmin nəqliyyat vasitəsi üçün nəzərdə tutulan ümumilikdə 6 adda 43 ədəd ehtiyat hissələri aşkar edilib.

"Samur" gömrük postunun idxal-nəzarət xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan "DAF" markalı yük nəqliyyat vasitəsində isə "Belomorkanal" markalı papiroslar aşkarlanıb. Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirən gömrükçülər həmin nəqliyyat vasitəsinin oturacağının altında, ön panelin və taxoqrafın arxasında ümumilikdə 50 qutu "Belomorkanal" markalı papirosların gizlədildiyini müəyyən ediblər.

Hər iki faktla bağlı araşdırma aparılır.