Hayden Panettiere 36 yaşında vəfat edib
"Dərin kədərlə sevimli Haydenimizin faciəvi ölümü barədə məlumat veririk. O, inanılmaz bir işıq və qarşısıalınmaz bir qüvvə idi; onu tanıyan hər kəsə və ekranlarda onu görən milyonlarla insana sonsuz sevgi və sevinc bəxş edirdi".
Oxuməni.az xəbər verir ki, bu sözlərlə Hayden Panettierin atası ABC telekanalının efirində qızının 36 yaşında qəfil vəfat etdiyini bildirib.
Ata ailənin şəxsi həyatına hörmətlə yanaşılmasını xahiş edir ki, yaxınları bu əvəzolunmaz itkini yaşaya bilsinlər.
Aktrisa təkcə ABŞ-da deyil, bütün dünyada bir sıra uğurlu Amerika serialları ilə tanınırdı. 2006-cı ildən, cəmi 17 yaşı olanda Hayden Panettiere "Qəhrəmanlar" (Heroes) serialında Klar Bennet rolunu ifa edib. 2012-2018-ci illərdə o, ABC telekanalının "Neşvill" musiqili dramında Konni Britton ilə birlikdə Culyett Barns obrazını canlandırıb.
Bundan əlavə, ABŞ-ın Nyu-York ştatının Palisades şəhərində anadan olan, aktrisa və yanğınsöndürənin qızı olan Hayden "Titanları xatırla" (Remember the Titans) və 2011-ci ildə ekranlara çıxan "Çığırtı 4" (Scream 4) filmlərində rol alıb.
Onun qardaşı, aktyor Yansen Panettiere 2013-cü ildə 28 yaşında vəfat etmişdi.
Hayden Panettierin 12 yaşlı qızı yadigar qalıb. Kaya dünyaya gəldikdən sonra aktrisa doğuşdan sonrakı depressiyadan əziyyət çəkib, daha sonra isə Amerika jurnalı "People"-un məlumatına görə, alkoqol və dərman asılılığı ilə üzləşib. Qızın atası hazırda 50 yaşı olan keçmiş peşəkar boksçu və ağır çəkidə keçmiş dünya çempionu Vladimir Kliçkodur. O, Ukraynanın paytaxtı Kiyevin meri Vitali Kliçonun qardaşıdır.
2018-ci ilin avqustunda Vladimir Kliçko və Hayden Panettiere rəsmən ayrılıblar. Ayrılığın rəsmi səbəbi o vaxt açıqlanmamışdı.
Bu ilin may ayında Hayden Panettiere "This is Me: A Reckoning" ("Bu mənəm: Hesablaşma") adlı memuarlarını dərc edib. Kitabda o, özünün "lifequakes" – yəni "həyat zəlzələləri" adlandırdığı hadisələrdən bəhs edir. Üz qabığında qeyd olunduğu kimi, bu hadisələr onun "özü haqqındakı təsəvvürlərini sarsıdıb və onu hər şeyi sıfırdan yenidən qurmağa məcbur edib".
Almaz Həsənli








































































.jpg)
.jpg-1.jpg)






















