Naibə Allahverdiyeva həmkarını ziyarətə gedib
Bir neçə gün əvvəl avtobusda xəsarət aldığından xəstəxanaya yerləşdirilmiş xalq artisti Nuriyyə Əhmədovanı ziyarət edənlərin ardı-arası kəsilmir. Ziyarətçilər arasında Naibə Allahverdiyeva da var. O, Gənc Tamaşaçılar Teatrının aktyoru Əjdər Dadaşovla bərabər xəstəxanaya baş çəkib.
Əməkdar artist həmkarı ilə xeyli söhbət edib, onun vəziyyəti ilə maraqlanıb. Gül dəstəsini xəstə aktrisaya təqdim edərək tezliklə ayağa qalxmasını arzulayıb.
Hazırladı: Könül Aypara
Digər xəbərlər





























































































