Anar Heybətovun atasının qırx mərasimi oldu - FOTO

Anar Heybətovun atasının qırx mərasimi oldu - FOTO

24 Yanvar 2017 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın tanınmış aktyoru Anar Heybətova ağır itki üz verib. Belə ki, aktyorun atası Mithət bəy dekabrın 25-də dünyasını dəyişib. Dünən – yanvar ayının 23-də Mithət bəyin qırx mərasimi oldu. Onu bu üzüntülü günündə dostları, qohumları, həmçinin sənət yoldaşları yalnız buraxmadılar.

Xatırladaq ki, aktyorun anası 6 il əvvəl vəfat edib və o, qızına dünyasını vaxtsız dəyişmiş anasının adını qoyub: Almaz.

Bu ağır günündə Anar Heybətova "Oxu Məni" qəzeti və bu qəzetin internet versiyası olan Mediainfo.az saytının əməkdaşları adından dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Hazırladı: Könül Aypara