Afaq Bəşirqızı: "Hacıbaba Bağırovla 8 ay küsülü qalmışıq" - ETİRAF

Afaq Bəşirqızı: "Hacıbaba Bağırovla 8 ay küsülü qalmışıq" - ETİRAF

30 Yanvar 2017 12:19
Bəyəndim (0) Bəyənmədim (0)
"Bunu ilk dəfədir ki, dilə gətirirəm"

"Hacıbaba Bağırovla 8 ay küsülü olduq, amma bunu onun özü və məndən savayı heç kim bilmədi. Rollarımızı oynayırdıq, çəkilişlərimiz bitirdi, biz heç nə olmayıbmış kimi öz işimizi görüb qurtardıqdan sonra yolumuza davam edirdik. Küsülü olduğumuzu heç kimə bildirmirdik".

Mediainfo.az saytı bildirir ki, bu sözləri "Səninləyəm" verilişində Afaq Bəşirqızı söyləyib. Xalq artistinin dediyinə görə, bu barədə həyatında mediaya ilk dəfədir ki, etiraf edir:

- Bunu ilk dəfədir ki, dilə gətirirəm. Hələ bu vaxta kimi bu barədə açıqlama verməmişdim. Və mən çox təəssüf edirəm ki, Hacıbaba Bağırovun qızı Şölənun rəsm qalereyası olub, mənsə bundan çox gec xəbər tutdum. Yoxsa böyük məmnuniyyətlə iştirak edərdim.

Xatırladaq ki, Nərgiz Cəlilovanın aparıcılıq etdiyi "Səninləyəm" verilişinin sonuncu buraxılışı mərhum xalq artisti Hacıbaba Bağırova həsr olunub.

Hazırladı: Könül AYPARA