Fırtına Trampın Şimali Karolina ümidlərini boşa çıxarıb

Fırtına Trampın Şimali Karolina ümidlərini boşa çıxarıb

21 Aprel 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın keçmiş prezidenti Donald Tramp şənbə günü ABŞ-ın Uilminqton şəhərində (Şimali Karolina ştatı) tərəfdarları ilə seçkiqabağı görüşünü yaxınlaşan fırtına səbəbindən ləğv edib.

"Bildiyiniz kimi, pis hava olacaq. Hər şeydən əvvəl, hər kəsin təhlükəsiz olduğundan əmin olmaq istəyirik. Bu, ən vacib şeydir. Görünür, bizi ildırım, şimşək çaxacaq, kifayət qədər güclü yağış gözləyir. Mən çox təəssüf edirəm, biz bunu daha yaxşı və daha geniş miqyasda keçirəcəyik”, - deyə Tramp bəyan edib.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Oxuməni.az