Helikopterlər havada toqquşub: Ölən və yaralananlar var

Helikopterlər havada toqquşub: Ölən və yaralananlar var

21 Aprel 11:26
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinə məxsus iki SH-60K helikopterinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub, 7 nəfər yaralanıb, Associated Press xəbər verir.

Hər helikopterin göyərtəsində dörd ekipaj üzvü olub. Xilasetmə əməliyyatı zamanı 7 nəfər sağ, bir nəfərin isə meyiti sudan çıxarılıb.

Yaponiyanın müdafiə naziri Minoru Kihara jurnalistlərə bildirib ki, Tokiodan təxminən 600 km cənubda Torişima adası yaxınlığında gecə təlim uçuşu zamanı helikopterlərlə əlaqə kəsilib.

Onun sözlərinə görə, helikopterlər bir-biri ilə toqquşub. Qəza ilə bağlı araşdırma aparılacaq.

Oxuməni.az