Yunanıstan- Türkiyə münasibətlərində gərginlik aradan qaldırılacaq

Yunanıstan- Türkiyə münasibətlərində gərginlik aradan qaldırılacaq

22 Aprel 07:26
Bəyəndim (0) Bəyənmədim (0)

Yunanıstan-Türkiyə münasibətlərində gərginliyin aradan qaldırılması istiqamətində atılan addımlar davam edir.

Bu gün Türkiyə xarici işlər nazirinin müavini Burak Akçaparın başçılıq etdiyi nümayəndə heyətinin Yunanıstanın paytaxtı Afinaya rəsmi səfəri gözlənilir. Yunanıstan müdafiə nazirliyində keçiriləcək görüşdə qarşılıqlı etimadın möhkəmləndirilməsi məsələsi müzakirə ediləcək.

Bu barədə Yunanıstanın müdafiə nazirliyinin yaydığı məlumatda deyilir. Qeyd edilir ki, görüşdən məqsəd iki ölkə münasibətlərini daha da inkişaf etdirmək və tərəflər arasında olan bəzi mübahisəli məsələlərin aradan qaldırılması yollarını tapmaqdır.

Oxuməni.az