Çin dünya okeanlarının güc nümayış etdirilməsi üçün arenaya çevrilməsindən narahatdır

Çin dünya okeanlarının güc nümayış etdirilməsi üçün arenaya çevrilməsindən narahatdır

22 Aprel 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Çin dünya okeanlarının güc nümayış etdirilməsi üçün arenaya çevrilməsindən narahatdır.

Bunu Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədr müavini Zhang Yuxia 9-cu Qərbi Sakit Okean Dəniz Simpoziumundakı çıxışı zamanı deyib. Onun sözlərinə görə, dünya okeanı dostluq və sülh meydanı olmalıdır və burada güc nümayış etdirilməsi bəşəriyyəti fəlakətlərə sürükləyə bilər.

Zhang Yuxia eyni zamanda bildirib ki, Çin istənilən halda öz milli maraqlarını qorumaq naminə, həmçinin dünya okeanını güc nümayiş etdirənlərdən qorumaq üçün cavab tədbirlərinə əl atacaq.

Oxuməni.az