Litva müharibə hazırlığına başlayıb

Litva müharibə hazırlığına başlayıb

22 Aprel 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Bölgədə müharibə təhlükəsinin artması Litvanı özünümüdafiə qabiliyyətini artırmağa və bununla bağlı təhlükəsizlik tədbirlərini gücləndirməyə məcbur edib. Bu çərçivədə də Litva tarixində “Perkuno gryausmas” (“Perkunas ildırımı”) adlı ən böyük hərbi təlimlər başlayıb. Hərbi təlimlərdə 20 mindən artıq hərbçi iştirak edir.

Məsələ ilə bağlı mətbuata verdiyi açıqlamada Litva Müdafiə nazirliyi Baş Qərargah rəisinin müavini Zilvinas Qaubis hərbi təlimlərdən məqsədin ölkənin təhlükəsizliyinin artırılması, eyni zamanda sülh şəraitindən hərbi şəraitə keçid taktikasını sınaqdan çıxarmaq olduğunu deyib.

Oxuməni.az