Hökümətyönlü güclər mitinqə hazırlaşırlar

Hökümətyönlü güclər mitinqə hazırlaşırlar

22 Aprel 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Hakim “Gürcü Arzusu” partiyası aprelin 29 parlament binası qarşısında mitinq keçirməyə hazırlaşır.

Bununla bağlı “Gürcü Arzusu” partiyası tərəfindən yayılan bəyanatda qeyd edilir ki, mitinqi keçirməkdən məqsəd “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə dəstək verməkdir.

Bəyanatda həmçinin müxalifətin adı çəkilən qanun layihəsinin qəbuluna qarşı keçirdiyi etiraz aksiyası pislənilib və bu, ölkə daxilində sabitliyi pozma cəhdləri kimi dəyərləndirilib. Bəyanatda o da vurğulanıb ki, bir ovuc müxalifətin xalq adından danışmasına imkan verilməyəcək.

Oxuməni.az