Moldovanın Aİ-yü üzv olmaması üçün Rusiya Qaqauz kartını işə salıb

Moldovanın Aİ-yü üzv olmaması üçün Rusiya Qaqauz kartını işə salıb

22 Aprel 14:43
Bəyəndim (0) Bəyənmədim (0)

Moldovanın Avropa İttifaqına üzv olmağa hazırlaşması Rusiya tərəfindən Qaqauz muxtariyyəti və Rusiyayönümlü müxalifət kartını yenidən işə salması ilə müşahidə edilməkdədir. Bunu Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsulun Moskvaya Putinlə görüşə dəvət edilməsi və ondan xüsusi tapşırıqlar alması da sübut edir. Təsadüfi deyil ki, Putinlə görüşdən sonra Moldovaya qayıdan Qutsul rəsmi şəkildə bəyan edib ki, Moldova Aİ-yə üzv olacağı təqdirdə ölkəsi müstəqilliyini elan edəcək.

O məsələ ilə bağlı TASS-a verdiyi açıqlamada deyib ki, Qaqauz xalqı Rusiya ilə dostluğun davam etdirilməsini istəyir.

Qaqauz muxtariyyətinin lideri Qutsul eyni zamanda qaqauzların öz ölkələrini tərk edib heç yerə getməyəcəyini və Rusiya ilə münasibətləri daha da inkişaf etdirəcəklərini vurğulayıb.

Oxuməni.az