Bir ilə hər adam milyonçu ola bilər

Bir ilə hər adam milyonçu ola bilər

22 Aprel 15:07
Bəyəndim (0) Bəyənmədim (0)

"Hər kəs 1 ilə milyonçu ola bilər" deyərək, sərvətini dağıdıb. Bir ilə hər kəsin milyonçu ola biləcəyini sübut etmək üçün var-dövlətini dağıdaraq evsiz yaşamağa başlayan milyoner youtuber Mike Black xəstəxanaya düşüb.

Milyonluq sərvətini çölə atıb, küçələrdə yaşayaraq sosial eksperimentini YouTube-da paylaşan amerikalı milyonçu Mayk Blekin macərası xəstəliyi səbəbindən yarımçıq qalıb.

Dəbdəbəli evindən və avtomobilindən imtina edərək küçələrdə yaşamağa başlayan milyonçu, "Bir çox insan pandemiyada hər şeyini itirdi və depressiyaya düşdü. Bir gecədə 10 milyon dollar itirən bir dostum var. Ona ümid vermək istəyirəm” deyən və küçələrdə dilənçilik edərək, pul toplamağa çalışan Blek uzun müddət ac və susuz qaldığını da videolarında paylaşıb.

Əslində onun üçün çətin olduğunu etiraf edən keçmiş milyonçu, küçədə yaşamağın həyatının ən ağır təcrübəsi olduğunu, bəzən içməyə su belə tapmadığını dilə gətirib.

1 milyon dollarlıq hədəfinə çata bilməsə də, keçmiş milyonçu 10 ayda 64 min dollar yığa bilib…

Oxuməni.az