Almaniyanın Ukraynaya zirehli maşın göndərməsi problemə dönüb

Almaniyanın Ukraynaya zirehli maşın göndərməsi problemə dönüb

22 Aprel 15:24
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyanın Ukraynaya zirehli maşın göndərməsi problemə dönüb.

Buna səbəb ABŞ-ın zirehli maşınların təmini üçün lazım olan 100 ədəd avadanlığı vaxtında göndərə bilməməsidir.

Məsələ ilə bağlı "Bild" nəşrinin yaydığı məlumata görə, məhz ABŞ-ın günahı üzündən Almaniya Ukrayna üçün lazım olan 400 zirehli maşını adı çəkilən ölkəyə göndərə bilmir.

Hazırda məsələnin tezləşdirilməsi üçün Ukrayna və Almaniya ilə ABŞ arasında danışıqlar gedir.

Xatırladaq Almaniyanın silah ixracının 74 faizindən çoxu Ukraynanın payına düşür.

Oxuməni.az