Çexiyada gözlənilməz şaxtalar üzüm bağlarını məhv edib

Çexiyada gözlənilməz şaxtalar üzüm bağlarını məhv edib

22 Aprel 15:37
Bəyəndim (0) Bəyənmədim (0)

Avropada isti havalardan sonra gözlənilmədən şaxtaların düşməsi Çexiyada da fəsadlara səbəb olub. Belə ki, 30 dərəcə istilərdən sonra Çexiyaya güclü qar yağıb. Ölkənin bəzi ərazilərində qarın hündürlüyü 30-40 santimetrə çatıb. Sokolov şəhərində isə mənfi 11,7 dərəcə şaxta qeydə alınıb. Şaxtalardan ən çox zərər görən isə üzüm bağları olub.

Bununla bağlı Çexiya Şərabçılar İttifaqının rəhbərliyi bildirib ki, gözlənilməz şaxtalar üzüm bağlarının 40 faizini məhv edib. Şərbaçılığa dəyən zərər isə yüz milyonlarla kron hesab edilir.

Oxuməni.az