Varşavada Ukrayna ilə bağlı məsləhətləşmələr keçiriləcək

Varşavada Ukrayna ilə bağlı məsləhətləşmələr keçiriləcək

23 Aprel 07:25
Bəyəndim (0) Bəyənmədim (0)

Varşavada Ukrayna ilə bağlı məsləhətləşmələr keçiriləcək.

ABŞ-ın Ukraynaya maliyyə yardımı ayırmasından sonra ilk dəfə Varşavada Ukrayna ilə bağlı yüksək səviyyəli görüş keçirilməsi nəzərdə tutulub.

Görüşdə Polşa Baş naziri Donald Tusk, Böyük Britaniya Baş naziri Rişi Sunak, həmçinin NATO Baş katibi Yens Stoltenberqin iştirak edəcəyi gözlənilir. Bu barədə məlumat Rişi Sunakla Stoltenberqin birgə keçirdiyi mətbuat konfransında verilib

Qeyd edilib ki, görüşdən məqsəd Ukraynaya hərbi yardımın daha da artırılması, NATO-nun Polşanın təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər həyata keçirməsi və digər məsələləri müzakirə etməkdir.

Oxuməni.az