Kiyevə əlavə hərbi yardım göstəriləcək

Kiyevə əlavə hərbi yardım göstəriləcək

23 Aprel 07:53
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniya təcili şəkildə Ukraynaya 617 milyon dollar dəyərində hərbi yardım göstərəcək. Hərbi yardım paketinə müasir silahlar, o cümlədən1,6 mindən çox raket, 60 kiçik su gəmisi və 4 milyondan çox patron daxildir. Bu barədə məlumat baş naziri Rişi Sunakın ofisindən verilib.

Məlumatda qeyd edilir ki, bundan əlavə Böyük Britaniya "Storm Shadow” qanadlı raketləri, 2 desant kateri, 160 Husky piyada döyüş maşını, 162 zirehli maşın və 78 relyef texnikası ilə də yardım edəcək. Böyük Britaniya ümid edir ki, Ukrayna bu yardımla Rusiyanın təcavüzünün qarşısını ala biləcək.

Oxuməni.az