Haitidə vəziyyət yenidən gərginləşib

Haitidə vəziyyət yenidən gərginləşib

23 Aprel 08:11
Bəyəndim (0) Bəyənmədim (0)

Müəyyən fasilədən sonra dünyanın kasıb və bədbəxt ölkələrindən biri hesab edilən Haitidə vəziyyət yenidən böhranlı hala çatıb.

Buna səbəb Haitidəki silahlı dəstələrin ölkənin əsas limanlarından birinə hücum edərək oradakı yanacaqdoldurma maşınlarını ələ keçirməsidir. Nəticədə ölkədə yanacaq çatışmazlığı əmələ gəlib. Hökumət faktiki olaraq silahlı dəstələrin fəaliyyətini nəzarət altına almaqda çətinlik çəkir.

Xatırladaq ki, Haitidə kütləvi özbaşınalıq 2021-ci ildə prezident Jovenel Moisenin öldürülməsindən sonra başlayıb və hökumət qeyri-qanuni silahlı dəstələrlə mübarizədə acizlik göstərir.

Oxuməni.az