İsrailin hava zərbələri nəticəsində dağıntılar və yaralananlar var

İsrailin hava zərbələri nəticəsində dağıntılar və yaralananlar var

23 Aprel 08:22
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin hava zərbələri nəticəsində dağıntılar və yaralananlar var.

İsrail Fələstinin Yerixo şəhərinə və onun ətrafındakı qaçqın düşərgələrinə hava zərbələri endirib. Nəticədə şəhərdəki bəzi binalar dağılıb, qaçqın düşərgələrində isə 5 nəfər yaralanıb. Bu barədə məlumat "Əl -Cəzirə" telekanalı tərəfindən yayımlanıb. Məlumatda deyilir ki, İsrail hərbşiləri həmçinin gecə fələstinliləri daşıyan maşınlara zərbələr endirib. Nəticədə ölən və yaralananların olduğu bildirilir.

Xatırladaq ki, bölgədə vəziyyət ötən ilin oktyabr ayının 7-də HƏMAS terrorçu qruplaşmasının üzvlərinin İsrail ərazisinə soxularaq əyləncə mərkəzində dinc sakinləri öldürməsindən və 240 nəfəri girov götürməsindən sonra gərginləşib.

Oxuməni.az