ABŞ və Çin arasında Tayvana münasibətdə gərginlik yaranıb

ABŞ və Çin arasında Tayvana münasibətdə gərginlik yaranıb

23 Aprel 10:47
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ və Çin arasında Tayvana münasibətdə gərginlik yaranıb. Buna səbəb ABŞ-ın Tayvanı silahlandırmaqda davam etməsidir. Hadisələrin bu istiqamətdə inkişaf etməsi Çin tərəfindən təşvişlə qarşılanıb.

Məsələyə münasibət bildirən Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin nümayəndəsi deyib ki, ABŞ-ın Tayvanı silahlandırmaqda davam etməsi separatçılığın dəstəklənməsi deməkdir və belə bir siyasət qəbul edilməzdir.

O, ABŞ-ı Tayvanın dinc yollarla Çinə birləşdirilməsini dəstəkləməyə çağırıb.

Oxuməni.az