Almaniya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayacaq

Almaniya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayacaq

23 Aprel 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Xarici mətbuat xəbər verir ki, təlimlər zamanı Almaniyanın 3 mindən çox hərbi qulluqçusu və 200 ədəd hərbi texnika, o cümlədən “Leopard” tankları, “Puma” və “Bokser” piyada döyüş maşınları təlim poliqonuna köçürüləcək. Bir müddət əvvəl isə məlum olmuşdu ki, Almaniya Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Litvada alman briqadasını gücləndirmək üçün 35 Leopard 2A8 tankı almaq niyyətindədir. Döyüş maşınlarının alınması ilə bağlı müraciət Almaniya parlamentinin büdcə komitəsinə göndərilsə də, məsələyə baxılma vaxtı hələlik dəqiqləşdirilməyib…

Oxuməni.az