Çin Qərbin təzyiqlərinə tab gətirməyib

Çin Qərbin təzyiqlərinə tab gətirməyib

23 Aprel 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Bu ilin mart ayında Çindən Rusiyaya göndərilən müxtəlif təyinatlı avadanlıqların həcmi azalıb. Bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin yaydığı məlumatda bildirilib.

Məlumata görə, Rusiyaya göndərilən malların həcmi həmin dövrdə 15 faiz və ya 2,9 milyard dollar azalıb. O da vurğulanır ki, azalmaya obyektiv və subyektiv amillər təsir göstərib.

Bununla belə qeyd edək ki, təzyiqlərə və sanksiyalara baxmayaraq iki ölkə arasında iqtisadi əməkdaşlıqda artım özünü göstərir. Belə ki, 2023-cü ildə Rusiya ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 23 faiz artaraq 227,8 milyard dollar təşkil edib.

Oxuməni.az