Güclü yağışların fəsadları aradan qaldırılıb

Güclü yağışların fəsadları aradan qaldırılıb

23 Aprel 15:34
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü yağışların gətirdiyi fəsadlardan sonra bir müddət iflic vəziyyətinə düşən Dubayda həyat tədricən normallaşmağa başlayıb. Artıq ölkənin əksər bölgələrində təhlükəsiz fəaliyyət davam edir. Bu müstəvidə də diqqəti cəlb edən Dubay Beynəlxalq Hava Limanının tam fəaliyyətini bərpa etməsidir.

Yerli mətbuatın məlumatına görə, artıq Dubay Beynəlxalq Hava Limanı tam gücü ilə işləyir. Hava limanı nümayəndələri mətbuata verdikləri açıqlamada bildiriblər ki, aeroport ətrafı yollar təmizlənib və nəqliyyatın hava limanına gediş-gəlişi bərpa edilib. Hazırda Dubay hava limanına əvvəlki kimi uçuşlar eyni qaydada davam edir və bu sahədə hər hansı problem yoxdur.

Oxuməni.az