Litva Seymi ruslara və belaruslara qarşı məhdudiyyət təklifini qəbul etməyib

Litva Seymi ruslara və belaruslara qarşı məhdudiyyət təklifini qəbul etməyib

23 Aprel 16:17
Bəyəndim (0) Bəyənmədim (0)

Litvada yaşamaq icazəsi olan rusların və belarusların ana vətənlərinə tez-tez səfərlər etməsi ölkənin bəzi dairələrində narahatlıqla qarşılanıb. Ona görə də Rusiya əleyhidarı güclər tərəfindən onların ildə bir dəfə vətənlrinə getmələrinə icazə verilməsi barədə təklif Litva Seyminə təqdim edilib.

Litva mətbuatının yazdığına görə, təklifin müzakirəyə çıxarılmasına səbəb tez-tez ölkələrinə səyahət edən belarusların və rusların Rusiya xüsusi xidmət orqanları tərəfindən casusluq fəaliyyətinə cəlb edilməsi ehtimalı olub.

Litva Seymində müzakirəyə çıxarılan Rusiya və Belarus vətəndaşlarının vətənlərinə səyahətinin məhdudlaşdırılması təklifi səsə qoyulub. Təklifi 20 deputat dəstəkləyib, 47 deputat əleyhinə çıxıb, 45 nəfər Seym üzvü isə bitərəf qalıb. Nəticədə Litva Seymi tərəfindən adı çəkilən təklif qəbul edilməyib.

Oxuməni.az