İtaliya Ukraynanın elektrik şəbəkəsinin bərpasına 200 milyon avro sərmayə qoyacaq

İtaliya Ukraynanın elektrik şəbəkəsinin bərpasına 200 milyon avro sərmayə qoyacaq

08:11
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya rus işğalçılarının atəşə tutması nəticəsində zədələnmiş Ukrayna elektrik şəbəkəsinin bərpası səyləri üçün 200 milyon avro ayırmaq qərarına gəlib.

Bunu İtaliya-Ukrayna biznes forumunun plenar iclasında çıxışı zamanı İtaliyanın baş nazirinin müavini - xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tajani deyib.

İtaliya rəsmisinin sözlərinə görə, Roma Ukraynaya “Rus hücumları nəticəsində dağılmış elektrik şəbəkəsini bərpa etmək” üçün 200 milyon avro sərmayə qoymağa qərar verib.

İtaliya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, ölkə Ukraynanın bərpası ilə bağlı konfrans təşkil edəcək. Tədbirin 2025-ci ildə Romada keçirilməsi nəzərdə tutulur.

Oxuməni.az