Krasnoyarskda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı 37-yə yüksəlib

Krasnoyarskda zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı 37-yə yüksəlib

25 Noyabr 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Krasnoyarsk diyarındakı məktəbdə zəhərlənmə ilə xəstəxanaya yerləşdirilən uşaqların sayı 37-yə çatıb.

“Kanskda 37 uşaq xəstəxanaya yerləşdirilib, 15-i ambulator olub. Beş böyüklər də xəstəxanaya yerləşdirilib”,- Bb barədə yerli səhiyyyə idarəsindən TASS-a verilən məlumatda bildirilib.

Bundan əvvəl Kansk şəhərində xəstəxanaya yerləşdirilən 34 məktəbli və üç məktəb işçisi barədə məlumat verilmişdi. Onlar bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Krasnoyarskdakı məktəblərin birində məktəblilərin zəhərlənməsi noyabrın 20-də məlum olub. Bildirilib ki, bir gün əvvəl bütün uşaqlar məktəbin yeməkxanasında yemək yeyiblər. Zərərçəkənlərə əvvəllər kəskin bağırsaq infeksiyası diaqnozu qoyulub. Bu fakt əsasında istehlakçıların həyat və sağlamlığının təhlükəsizliyinə dair tələblərə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı cinayət işi açılıb.

Oxuməni.az