Baltik dənizində zədələnmiş İsveç-Litva kabeli bərpa edilib
Mütəxəssislər təxminən iki həftə əvvəl zədələnən və İsveçlə Litvanı birləşdirən telekommunikasiya kabelinin işini bərpa ediblər. Bu barədə BNS agentliyi İsveçin Telia operator şirkətinin Litva filialına istinadən məlumat yayıb.
"Baltik dənizində Litvanın İsveçlə beynəlxalq əlaqələri təxminən iki həftə əvvəl kəsildikdən sonra cümə axşamı bərpa edilib", - şirkətin bəyanatında deyilir.
Noyabrın 28-də İsveçin baş naziri Ulf Kristersson krallığın səlahiyyətli orqanlarının Baltik dənizində rabitə kabellərinin qırılması ilə bağlı araşdırmada Çinə rəsmi sorğu göndərdiyini elan edib.
Bundan əvvəl İsveç polisi Baltik dənizində Qotland və Öland adaları yaxınlığında qırılan internet kabellərinin yerləşdiyi ərazilərdə yoxlamanı başa çatdırıb. Hər iki kabelin zədələnməsi yeri İsveç iqtisadi zonasında yerləşir.
Oxuməni.az