Ukrayna Rusiyanı ikinci “sülh sammitinə” dəvət edəcək
Ukrayna Rusiyanı ikinci “sülh sammitinə” dəvət edəcək. Bunu Kyodo News-a müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Bütün Qərb liderləri Rusiyanın ikinci sammitdə olmasını istədikləri kimi, biz də onları dəvət edəcəyik. Amma mən onlara dedim ki, Rusiya orada iştirak etməmək üçün hər şeyi edəcək , çünki Putin bunda maraqlı deyil.”- o bildirib.
Zelenski Krımı zorla qaytarmaqdan imtina etdiyini də açıqlayıb.
“Hazırda Krımı qaytarmaq üçün kifayət qədər gücümüz yoxdur. Biz diplomatik yollar axtaracağıq”, - deyə prezident əlavə edib.
İyun ayında İsveçrənin Bürgenstok şəhərində qlobal cənub ölkələrinin iştirakı ilə keçirilən ilk sülh sammitinə Rusiya dəvət olunmayıb.
Oxuməni.az
Digər xəbərlər