Gürcüstanda etiraz aksiyaları zamanı 400-ə yaxın adam saxlanılıb
Tbilisidə keçirilən etiraz aksiyaları zamanı 400-dən çox adam saxlanılıb, Gürcüstan Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.
Daraxvelidze qeyd edib ki, eyni zamanda 30 nəfər cinayət məsuliyyətinə cəlb edilib, 372 vətəndaşa qarşı inzibati iş açılıb.
“62 nəfər barəsində inzibati həbs tətbiq edilib, 100-dən çox şəxs cərimələnib. Qalanları ilə bağlı məhkəmə prosesləri aktiv şəkildə davam etdirilir”, - deyə idarənin rəis müavini bildirib.
Bundan əlavə, noyabrın 28-dən Tbilisinin mərkəzində 60-a yaxın oğurluq hadisəsi törədilib, rəsmi əlavə edib.
Dekabrın 8-də keçirilən aksiyada müxalifət tərəfdarları Gürcüstan paytaxtının Rustaveli prospektində parlament binasına pirotexniki vasitələr atıblar. Nəticədə ərazidə 10-dan çox partlayış səsi eşidilib. Rustavi2-nin məlumatına görə, nümayiş keçirilən yerdə polis olmayıb.
Telekanalın müxbiri qeyd edib ki, nümayiş dinc şəkildə başa çatıb.
Oxuməni.az.