İsrail qoşunları atəşkəs razılaşması çərçivəsində Livanın ərazilərindən birindən geri çəkilib
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Xiam şəhəri ərazisindən qoşunların çıxarılmasını təsdiqləyib. Çıxarma noyabrda əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq həyata keçirilib.
Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Bununla belə, nəşr yazır ki, ki, İsrail ordusu hələ də Livanın cənubundakı digər ərazilərdə qalırlar.
Ordu rəhbərliyi həmçinin Livan vətəndaşlarını bölgələrdən uzaq durmağa çağırıb, çünki hərbçilər şəhərdə partlamamış hərbi sursatları yoxlayır.
Atəşkəs razılaşmasına əsasən, İsrail əsgərləri 2025-ci ilin yanvar ayının sonuna qədər Livanın cənubundakı bütün bölgələrdən çıxmalıdır.
Oxuməni.az
Digər xəbərlər