Çin zirehləri kəsə bilən lazer dron hazırlayıb
“Dəli Li” kimi tanınan Li Syaonun rəhbərlik etdiyi PLA Müdafiə Elm və Texnologiya Universitetinin (NUDT) çinli mütəxəssisləri qrupu 1080 nm dalğa uzunluğuna malik 1 kVt gücündə lazerlə təchiz edilmiş pilotsuz zərbə sistemi hazırlayıb. Söhbət adətən metalın qaynaqlanması, kəsilməsi və deşılməsı üçün istifadə olunan 4-cü dərəcəli lazerdən gedir. Bu barədə “Techcult.ru” məlumat yayıb.
Lazer sistemi mobil yerüstü stansiya və drondan ibarətdir. Yerüstü stansiya lazer təkrarlayıcı rolunu oynayan pilotsuz təyyarəyə ötürülmək üçün güclü (1 kVt) impuls yaradır. Onun teleskoplara bənzəyən iki borusu var, onlardan biri infraqırmızı diapazonda lazer şüasını “tutur” və şüanı hədəfə göndərən ikinci boruya ötürür.
Li Syaonun fikrincə, belə lazerin gücü düşmən əsgərlərini dərhal kor etməyə, parça, plastik, taxta, hətta metalı buxarlayıb alovlandırmağa kifayət edir. Gələcəkdə 1 kVt lazer gücü ilə 2,5 sm qalınlığında bir zireh lövhəsini əritmək üçün 17 saniyə kifayət edəcəkdir.
Almaz Həsənli