İsveçrə Ukrayna üçün 48 milyon avro dəyərində yeni  yardım paketi ayırıb

İsveçrə Ukrayna üçün 48 milyon avro dəyərində yeni yardım paketi ayırıb

20 Dekabr 08:32
Bəyəndim (1) Bəyənmədim (0)

İsveçrə hökuməti Ukraynaya 45 milyon İsveçrə frankı (48 milyon avro) dəyərində yeni yardım paketi təqdim edib. Vəsaitlər Rusiyanın atəşi nəticəsində zədələnmiş enerji infrastrukturunun bərpasına, evlərin təmirinə və humanitar ehtiyacların ödənilməsinə sərf olunacaq.

Bu barədə RBC-Ukrayna İsveçrə hökumətinin Federal Şurasına istinadən məlumat yayıb.

İsveçrə hökuməti bildirib ki, Rusiya hücumlarının güclənməsi səbəbindən Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsi elektrik və istilik təchizatının kəsilməsindən əziyyət çəkir.

Ukrayna tərəfinə bu qış çətinliklərin öhdəsindən gəlməyə kömək etmək üçün Bern bu yardım paketini təqdim edir.

"Ukraynanın kritik infrastrukturuna məqsədyönlü hücumların dağıdıcı nəticələri oldu. Ölkənin enerji istehsalının yarıdan çoxu məhv edildi, milyonlarla insan elektrik enerjisi, istilik və sudan adekvat istifadə imkanından məhrum oldu", - İsveçrə Federal Şurası bildirib.

Oxuməni.az