Ukrayna ilk milyard dollarını bloklanmış Rusiya aktivlərindən əldə edib

Ukrayna ilk milyard dollarını bloklanmış Rusiya aktivlərindən əldə edib

25 Dekabr 11:20
Bəyəndim (0) Bəyənmədim (0)

Ukrayna ABŞ-dan 20 milyard dollarlıq kreditin milyard dollarlıq ilk tranşını alıb. Bu barədə baş nazir Denis Şmıqal bildirib.

“Biz Rusiyanın bütün suveren aktivlərinin müsadirə ediləcəyini və Ukraynanın bərpası üçün istifadə olunacağını gözləyirik”, - deyə Ukraynanın baş naziri bildirib.

İyun ayında G7 ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən Ukraynaya 50 milyard dollar ayırmaq qərarını açıqlamışdı. Oktyabr ayında ABŞ və Ukrayna Xəzinədarlığının rəhbərləri Janet Yellen və Sergey Marçenko 20 milyard dollarlıq kreditlə bağlı saziş imzalayıblar. Avropa İttifaqı tərəfindən daha 20 milyard dollar ayrılacağı gözlənilir. Qalan 10 milyard dollar isə Kanada, Yaponiya və Böyük Britaniya tərəfindən təmin ediləcək.
Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurdular.

Oxuməni.az