Bəşər Əsədin həyat yoldaşı ölüm ayağındadır

Bəşər Əsədin həyat yoldaşı ölüm ayağındadır

26 Dekabr 10:45
Bəyəndim (1) Bəyənmədim (0)

Bu barədə Britaniyanın “The Telegraph” nəşri bir müddət əvvəl Suriyadan Rusiyaya qaçan Əsəd ailəsinə yaxın mənbələr məlumat yayıb.
Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı, 49 yaşlı Əsma Əsəd leykoz diaqnozu səbəbindən başqaları ilə təmasdan təcrid olunub. Britaniyanın “The Telegraph” nəşri yazır ki, həkimlər onun şansını 50/50 olaraq qiymətləndirirlər.
Əsəd ailəsi ilə əlaqə saxlayan nəşrin həmsöhbətlərindən biri “Əsma ağır vəziyyətdədir və başqaları ilə əlaqə saxlaya bilmir,”- dedi.
Moskvadakı başqa bir mənbə qeyd edib: “Son həftələrdə Əsmanın vəziyyəti kritik olaraq qalır və sağ qalma şansı 50/50 olaraq qiymətləndirilib”.
“The Telegraph” yazır ki, Əsma Əsədin təcrid olunması yoluxucu xəstəliklərə yoluxma riskinin qarşısını almaq üçün lazım idi. Moskvada bir müddət Əsmaya atası Fəvaz əl-Əxras baxırdı, mənbələrə görə, qızının vəziyyətindən çox narahatdır.
Bəşər Əsədin ofisi 2024-cü ilin mayında bildirmişdi ki, Əsmaya sümük iliyinə təsir edən xərçəngin aqressiv forması olan kəskin miyeloid leykemiya diaqnozu qoyulub. O, əvvəllər döş xərçəngindən müalicə olunub, lakin 2019-cu ildə tam sağaldığını açıqlayıb.
Əsma Əsəd Londonda doğulub boya-başa çatıb. Böyük Britaniyada o, Amerikanın “JP Morgan” bankında investisiya bankiri işləyib. O, 2000-ci ildə, Suriya prezidenti olduğu il Bəşər Əsədlə evləndi. Əsma vasitəçilər vasitəsilə telekommunikasiya, daşınmaz əmlak, bankçılıq və ticarət də daxil olmaqla Suriya iqtisadiyyatının əsas sektorlarına nəzarət edirdi.

Almaz Həsənli