Hamilə qadınlarda COVID-19 uşaqda autizm riskini artırır

Hamilə qadınlarda COVID-19 uşaqda autizm riskini artırır

28 Dekabr 16:23
Bəyəndim (0) Bəyənmədim (0)

Hamiləlik zamanı COVID-19 uşaqda autizm riskini artıra bilər, Bloomberg amerikalı alimlərin araşdırmasına istinadən xəbər verir.

Tədqiqatın təşəbbüskarlarından biri uşaq yoluxucu xəstəliklər üzrə mütəxəssis Karin Nilsen olub. O, əvvəllər yoluxucu Zika xəstəliyinin dölün inkişafına necə təsir etdiyi ilə bağlı araşdırma aparıb. Onun COVID-19 virusunun dölə təsiri ilə bağlı araşdırması Los-Ancelesdəki Kaliforniya Universitetinin Mattel Xəstəxanasında həmkarları ilə birgə aparılıb.

Koronavirusdan sağalmış qadınlardan doğulan körpələrin təxminən 14%-də erkən motor funksiyalarının inkişafında problem əlamətləri müşahidə olunub. 6-8 aylıq dövrdə yoluxmuş analardan doğulan 109 körpədən 13-ü (demək olar ki, 12%) normal inkişaf mərhələlərinə çatmamışdı. Bununla belə, pandemiyadan əvvəl doğulan nəzarət qrupundakı bütün körpələr normal inkişaf nümayiş etdirib.

Oxuməni.az