Tramp Meksika və Kanadanı hədələyib

Tramp Meksika və Kanadanı hədələyib

8 Yanvar 10:14
Bəyəndim (0) Bəyənmədim (0)


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Kanada və Meksikaya əhəmiyyətli tariflər tətbiq etmək niyyətini bir daha bəyan edib.
"Meksika milyonlarla insanın ölkəmizə gəlməsinə icazə verməyi dayandırmalıdır. Biz Meksika və Kanadaya çox ciddi tariflər tətbiq edəcəyik, çünki Kanada bu insanların bizə də gəlməsinə icazə verir", o, çərşənbə axşamı mətbuat konfransı zamanı deyib.
Tramp həmçinin yaxın gələcəkdə Meksika körfəzinin adını “Amerika körfəzi” adlandırmağı planlaşdırdığını bildirib.
O, daha əvvəl bildirib ki, rəsmi olaraq vəzifəyə gəldikdən sonra ilk gündən ABŞ-a Kanada və Meksikadan daxil olan bütün mallara 25% rüsum tətbiq etmək niyyətindədir. Tramp qeyd edib ki, Kanada və Meksika qeyri-qanuni miqrasiyanı və ABŞ-a fentanil tədarükünü dayandırmasa, belə tədbirlər görəcək.
Almaz Həsənli