Maduro venesuelalı miqrantlara vətənə qayıtmağı təklif edib

Maduro venesuelalı miqrantlara vətənə qayıtmağı təklif edib

28 Yanvar 12:22
Bəyəndim (2) Bəyənmədim (0)

Venesuela prezidenti Nikolas Maduro respublikaya qarşı tətbiq edilən sanksiyalara görə ölkəni tərk etmiş miqrantlara vətənlərinə qayıtmağı təklif edib.

"İmperializmin cinayət sanksiyaları və Venesuelanı məhv etmək məqsədi daşıyan iqtisadi blokadaya görə ölkəni tərk edən venesuelalı miqrantlar bilməlidirlər ki, biz sizi geri istəyirik", - prezident yanvarın 27-də "Venezolana de Television" telekanalında deyib. O bildirib ki, miqrantlar qayıtdıqdan sonra “qürur duyacaqlar, çünki Venesuela ayağa qalxıb və getdikləri ölkədən daha yaxşıdır”.

Prezident vurğulayıb ki, “Venesuela sakit, dinc, mütərəqqi, firavan” ölkədir. O qeyd edib ki, artıq 1,2 milyondan çox miqrant respublikaya qayıdıb. Maduro əlavə edib ki, “mübarək Venesuela torpağına qayıtmaq istəyənlərin hamısı üçün qapılar açıqdır”.

Oxuməni.az