ABŞ-a əsas təhdidlər  miqrantlardan və Çindən gəlir

ABŞ-a əsas təhdidlər miqrantlardan və Çindən gəlir

12 Fevral 07:39
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ üçün əsas təhdidlər qeyri-qanuni immiqrantlar və Çindən gəlir. Bunu ABŞ-ın müdafiə naziri Pit Heqset Ştutqartda jurnalistlərlə söhbəti zamanı deyib.

O, Çini ölkənin əsas təhlükəsi hesab edib-etməməsi ilə bağlı suala belə cavab verib:

“Hazırda ən böyük təhlükə öz sərhədimizi qorumaqdır və biz bu problemi sürətlə həll edirik. "Mən Müdafiə Nazirliyinin diqqəti sərhədə cəlb etməsini və miqrantlarla mübarizə üçün oraya əlavə qüvvələr yeritməsini alqışlayıram. Prezidentin Donald Trampın qeyd etdiyi kimi, əgər sizin sərhədiniz yoxdursa, ölkəniz də yoxdur. Biz uzun müddətdir ki, başqalarının sərhədlərini müdafiə edirik, insi də artıq öz sərhədlərimizi müdafiə etmək vaxtıdır".

“Xarici təhdidlərə gəlincə, heç bir şübhə yoxdur ki, kommunist Çinin çox böyük ambisiyaları var. Onların dünyaya baxışı bizimkindən çox fərqlidir və kim hegemonluğu ələ alsa, o da dünyanın ağası olacaq”, - Heqseth əlavə edib.

.Əziz Mustafa, Oxuməni.az