Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanın NATO-ya daxil olmasının vaxt alacağını bildirib

Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynanın NATO-ya daxil olmasının vaxt alacağını bildirib

13 Fevral 11:34
Bəyəndim (4) Bəyənmədim (0)

NATO üzvləri hələ də hesab edirlər ki, Ukrayna alyansa qoşulmalıdır, lakin bu, müəyyən vaxt aparacaq. Bunu Brüsseldə Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun iclasından sonra çıxış edən Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili deyib.

"Müdafiə naziri Pit Heqsetin ifadə etdiyi kimiNATO ittifaqı daha da güclü olacaq. Biz həmişə demişik ki, Ukraynanın layiqli yeri NATO-dadır. Bu, bir qədər vaxt aparacaq prosesdir", - deyə Hili bəyan edib.

O əlavə edib ki, Kiyevin müttəfiqlərinin məqsədi "Ukraynanın gələcəkdə ən güclü mövqedə olmasını təmin etməkdir.

Britaniya Müdafiə Nazirliyinin rəhbəri jurnalistlərin daha əvvəl Vaşinqtonun münaqişənin potensial həlli nəticəsində Ukraynanın NATO-ya üzv olmasını real hesab etmədiyini bildirən Heqsetin sözlərini şərh etmək xahişinə cavab verib. Hili ABŞ-ın mövqeyinin müttəfiqlərin birliyinə xələl gətirməsi ilə razılaşmayaraq vurğulayıb ki, ABŞ-ın yeni administrasiyası qitənin təhlükəsizliyinin təmin edilməsində Avropa ölkələrinin rolunun əhəmiyyətli dərəcədə genişlənəcəyini gözləsə də, təmas qrupunun işində iştirak etməyə və Ukraynada sülh axtarmağa hazır olduğunu təsdiqləyir.

Əziz Mustafa, Oxuməni.az