
Suriya və Livan qonşu sərhəddə atəşkəs barədə razılığa gəliblər
Livan və Suriya müdafiə nazirliklərinin nümayəndələri atəşkəslə bağlı razılığa gəliblər. Bu yolla tərəflər ümumi dövlət sərhədləri boyunca artıq iki gündür davam edən qarşıdurmaları dayandırmağa çalışırlar.
Bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Suriya Müdafiə Nazirliyi qeyd edib ki, saziş həm də “iki tərəf arasında koordinasiya və əməkdaşlığın gücləndirilməsini” nəzərdə tutur.
Bazar ertəsi Livan prezidenti Cozef Aun gecə ərzində sərhəddə yeni ölümcül döyüşlərin başlamasından sonra qoşunlara sərhədin Suriya tərəfindəki atəş mənbəyinə cavab verməyi əmr edib.
Livanın Səhiyyə Nazirliyi toqquşmalarda 7 Livan vətəndaşının öldüyünü, 4 yaşlı qız da daxil olmaqla 52 nəfərin yaralandığını bildirib.
Silahlı qarşıdurma müvəqqəti Suriya hökumətinin Livanın Hizbullah qruplaşmasının yaraqlılarını şənbə günü, martın 15-də Suriya sərhəddini keçməkdə, üç əsgəri qaçıraraq Livan ərazisində öldürməkdə ittiham etməsindən sonra başlayıb.
Hizbullah iştirakını inkar edir və digər hesabatlar sərhəd bölgəsində qrupla birbaşa əlaqəsi olmayan, lakin sərhədyanı qaçaqmalçılıqla məşğul olan yerli klanlara işarə edir.
Bu, Suriyada keçmiş prezident Bəşər Əsəd rejiminin devrildiyi dekabrdan bəri ən ciddi sərhədyanı döyüş olub.
Əziz Mustafa, Oxuməni.az