Ağ Ev Chevron-un Venesuela neft lisenziyasını mayın 27-dək uzadıb

Ağ Ev Chevron-un Venesuela neft lisenziyasını mayın 27-dək uzadıb

25 Mart 08:50
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ prezidenti Donald Trampın administrasiyası Chevron Corp-a verilmiş lisenziyanın müddətini mayın 27-dək uzadıb. Venesueladan neft hasilatı və ixracı barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Chevron 2022-ci ilin noyabrında Bayden administrasiyası altında ölkədə fəaliyyət göstərmək üçün lisenziya alıb. Lakin Trampın dövründə lisenziya ləğv edilib və ABŞ Maliyyə Nazirliyi şirkətə ölkədəki fəaliyyətini başa çatdırmaq üçün aprelin 3-dək vaxt verib. Chevron Venesuelanın neft hasilatının təxminən dörddə birini və ixracının üçdə birini təşkil edir.

Bundan əlavə, şirkətə Venesuela hökumətinə hər hansı vergi, PDVSA və ya onun qurumlarına hər hansı dividend ödəmək, Chevron birgə müəssisələri tərəfindən və ya onların vasitəsilə hasil edilən neft və ya neft məhsullarını ABŞ-dan başqa hər hansı yurisdiksiyaya ixrac etmək üçün satmaq və ya Rusiya Federasiyasının və ya Rusiya Federasiyasının hüquqi nəzarətində olan hüquqi şəxslə bağlı hər hansı əməliyyatlarda iştirak etmək qadağandır.

Əziz Mustafa, Oxuməni.az