Alman kəşfiyyat xidmətləri "üçlük"dən narahatdır

Alman kəşfiyyat xidmətləri "üçlük"dən narahatdır

30 May 08:10
Bəyəndim (7) Bəyənmədim (0)

Mayın 28-də Almaniya federal prokurorluğu Ukrayna, Ermənistan və Rusiya vətəndaşlarına qarşı ittiham irəli sürdüyünü açıqlayıb. Onlar Almaniyada yaşayan keçmiş ukraynalı hərbçiyə qarşı mümkün sui-qəsd cəhdi üçün məlumat toplamaqda şübhəli bilinirlər. Bir həftə əvvəl Münhendə müstəntiqlərin fikrincə, Moskvanın sifarişi ilə təxribat hazırlayan daha bir “üçlük”lə bağlı dinləmələr başlayıb. Rusiya hakimiyyəti baş verənləri “Rusiya-Almaniya münasibətlərini daha da pozmağa” yönəlmiş açıq təxribat hesab edir.

Keçmiş sovet respublikalarından olan üç nəfərin hekayəsi hələ 2024-cü ilin mayında başlayıb. Həmin vaxt müstəntiqlərin fikrincə, onlar Almaniyada yaşayan keçmiş ukraynalı zabitin izinə düşmək üçün Rusiya xüsusi xidmət orqanlarından tapşırıq alıblar.

Nəzarətin hədəfi Moskvada hərbi cinayətlərdə, o cümlədən rus hərbi əsirlərinin edamında şübhəli bilinən Ukrayna hərbi kəşfiyyatının keçmiş əməkdaşıdır.

Federal Prokurorluq hesab edir ki, əməliyyatın son məqsədi onun aradan qaldırılması ola bilərdi.

Əziz Mustafa, Oxuməni.az