
Vaşinqton müharibənin bitməsinin qiymətini açıqlayıb
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, ərazi məsələləri Ukraynada müharibənin dayandırılmasında əsas element olacaq. O, bu barədə “Fox Business” telekanalına müsahibəsində bildirib. Söhbətin tam mətnini Dövlət Departamentinin mətbuat xidməti dərc edib.
Onun sözlərinə görə, tərəflər döyüş əməliyyatlarını davam etdiyi müddətcə danışıqlar mümkün deyil.
"Bir-birinizə atəş açdığınız zaman yekun razılaşmanın təfərrüatlarını müzakirə etmək çətindir," –o deyib.
Rubio vurğulayıb ki, qısamüddətli atəşkəsə nail olmaq və bu müddətdən yekun razılığa gəlmək üçün istifadə etmək lazımdır. Eyni zamanda o əlavə edib ki, "müharibənin necə başa çatdırılacağını anlamaq üçün qarşıda uzun bir yol var".
Dövlət katibi vurğulayıb ki, ərazi güzəştləri olmadan münaqişəyə son qoyulması mümkün deyil.
"İstənilən razılaşmanın güzəştləri olmalıdır. Həm Rusiyadan, həm də Ukraynadan. Bu, mürəkkəbdir. Düşünürəm ki, onun başa çatmalı olduğu şərtlər həmişə çətin hissədir,"- dövlət katibi bildirib.
Almaz Həsənli