Mask siyasi partiyanın yaradılmasını dayandırıb

Mask siyasi partiyanın yaradılmasını dayandırıb

10:22
Bəyəndim (2) Bəyənmədim (0)

Milyarder İlon Mask yeni siyasi partiyanın yaradılmasını dayandırıb. “The Wall Street Journal” mənbələrə istinadən yazır ki, o, Respublikaçılar Partiyasından səsləri götürmək istəmir.
Sahibkarın qərarında əsas amillərdən biri onun vitse-prezident J.D.Venslə yaxşı münasibətlər saxlamaq istəyidir. O, MAGA siyasi hərəkatının potensial varisi hesab olunur.
Jurnalistlərin yazdığı kimi, Mask 2028-ci ildə ABŞ prezidentliyinə namizədliyini irəli sürmək qərarına gələrsə, Vensi dəstəkləmək üçün maliyyə resurslarından istifadə etmək imkanını nəzərdən keçirir.
Bununla belə, Maskın müttəfiqləri onun yeni partiya yaratmaq ideyasından rəsmən imtina etmədiyini iddia edirlər. Aralıq seçkilər yaxınlaşdıqca milyarder fikrini dəyişə bilər.
İyul ayında İlon Mask "Amerika Partiyası" adlı öz partiyasını qeydiyyatdan keçirmək üçün sənədlər təqdim etdi. Buna Donald Tramp deyib ki, üçüncü partiya milyarder tərəfindən yaradılarsa, nə ABŞ prezidentinə, nə də Respublikaçılara maneəçilik etməyəcək.
Maskın özünün sözlərinə görə, onun partiyası 2028-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində istənilən namizədi dəstəkləyə bilər, lakin bu, hazırda prioritet deyil.


Almaz Həsənli