Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün fəaliyyət planı imzalanıb

Təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün fəaliyyət planı imzalanıb

11:22
Bəyəndim (2) Bəyənmədim (0)

Ukrayna və Kanada təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün fəaliyyət planına rəsmən start verib. Sənəd eyni zamanda bir sıra əməkdaşlıq sahələrini nəzərdə tutur.

Bu barədə Oxuməni.az prezident aparatının saytına istinadən xəbər verir.

Görüşdə Ukrayna prezidenti Vladimir Zelenski və Kanadanın baş naziri Mark Karni Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin həyata keçirilməsi üçün fəaliyyət planı imzalayıblar.

Bu plan təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın həyata keçirilməsinin əsas istiqamətlərini və mexanizmlərini müəyyən edir:

hərbi təlim,
müdafiə qabiliyyətinin inkişafı,
kəşfiyyat mübadiləsi,
kibertəhlükəsizlik,
terrorizm və hibrid təhdidlərlə mübarizə.

Qeyd edək ki, ötən il fevralın 24-də Ukrayna və Kanada arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. O zaman Kanada Avropadan kənarda Ukrayna qarşısında təhlükəsizlik öhdəliklərini öhdəsinə götürən ilk ölkə idi.

Beləliklə, dövlətlər müxtəlif sahələrdə təhlükəsizlik üzrə strateji tərəfdaşlığa başladılar.

Həmçinin, Zelenski və Karninin iştirakı ilə Ukraynanın müdafiə naziri Denis Şmiqal və Kanadanın müdafiə naziri Devid Makqinti Ukrayna Müdafiə Nazirliyi ilə Kanada Milli Müdafiə Departamenti arasında Kanada və Ukraynada müdafiə təyinatlı məhsulların birgə istehsalına dair niyyət məktubu imzalayıblar.

Əziz Mustafa