Çində yüksək səlahiyyətli dövlət məmuru rüşvətxorluğa görə ölümə məhkum edilib

Çində yüksək səlahiyyətli dövlət məmuru rüşvətxorluğa görə ölümə məhkum edilib

07:40
Bəyəndim (0) Bəyənmədim (0)

Haynan əyalətinin Xalq Assambleyası Daimi Komitəsinin keçmiş sədr müavini Liu Sintai əmlakı müsadirə olunmaqla ölüm cəzasına məhkum edilib. Çin Mərkəzi Televiziyası (CCTV) xəbər verir ki, o, 316 milyon yuandan (təxminən 45 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinib.

Quilin məhkəməsi Liunu 2003-2024-cü illərdə Şandunq və Haynan əyalətlərində yüksək vəzifələrdə çalışdığı zaman korrupsiyada təqsirli bilib. O, şirkətlərə və şəxslərə biznesdə köməklik göstərmək, müqavilələr əldə etmək və maliyyə vəsaitlərini bölüşdürmək üçün rüşvət alıb. Məhkəmə qeyd edib ki, sabiq məmurun əməlləri dövlət maraqlarına və əhalinin rifahına ciddi ziyan vurub.

Liu günahını etiraf edib, istintaqla fəal əməkdaşlıq edib və müsadirə edilmiş əmlakı könüllü olaraq qaytarıb. İttihamların bəziləri təmin olunmasa da, onun ifadəsi digər ağır cinayətlərin açılmasına kömək edib. Məhkəmənin qərarına əsasən, edam iki il müddətinə təxirə salınacaq.

Əziz Mustafa