İsveç Aİ-də Ukraynaya maliyyə yardımı ayıran ilk ölkə olub

İsveç Aİ-də Ukraynaya maliyyə yardımı ayıran ilk ölkə olub

14:11
Bəyəndim (3) Bəyənmədim (0)

İsveç "Ukraine Facility" proqramı çərçivəsində Ukrayna büdcəsinə 750 milyon İsveç kronu (66,4 milyon avro) ayırıb. Bu, ilk belə haldır.

Oxuməni.az Rai News-a istinadən xəbər verir ki, bunu İsveçin beynəlxalq inkişaf əməkdaşlığı və xarici ticarət naziri Benjamin Dausa bildirib.

"İsveç Ukraynaya dəstəyini artırmağa davam edir və bu yeni sazişlə o, ölkənin milli büdcəsini gücləndirmək üçün Ukrayna Mexanizmi vasitəsilə əlavə vəsait ayıran ilk Aİ ölkəsi olur", - Dausa bildirib.

O qeyd edib ki, iqtisadi sabitlik Ukraynanın maaş və pensiyaları davam etdirə bilməsi, həmçinin səhiyyə, məktəblər və sosial xidmətlərin fəaliyyətini təmin etmək üçün ilkin şərtdir.

"Bu, Ukraynanın dayanıqlılığı və Rusiyanın təcavüzünə qarşı müdafiəni davam etdirmək qabiliyyəti üçün vacibdir. Mən çox qürur duyuram ki, İsveç birinci ölkə kimi bu addımı atır və həm Aİ daxilində, həm də ondan kənarda digər ölkələrə yol açır", - nazir qeyd edib.

Qeyd etmək lazımdır ki, “Ukraine Facility” Ukraynaya iqtisadiyyatın bərpası, modernləşdirilməsi və sabitləşdirilməsində maliyyə dəstəyi mexanizmidir.

Əziz Mustafa