İran Ukraynanın paytaxtına zərbə endirə bilər

İran Ukraynanın paytaxtına zərbə endirə bilər

12:09
Bəyəndim (1) Bəyənmədim (0)

İran pilotsuz uçuş aparatları və ya raketlərdən istifadə etməklə Ukraynanın paytaxtı Kiyevə zərbə endirə bilər. Oxuməni.az xəbər verir ki, bu barədə "Al Jazeera" məlumat yayıb.

Telekanal qeyd edir ki, texniki baxımdan belə bir zərbə mümkündür, çünki Tehran ilə Kiyev arasındakı məsafə 2 min kilometrdən azdır ki, bu da İranın PUA və raketlərinin mənzil dairəsinə daxildir.

Bu ehtimal İranın xarici işlər naziri Abbas Araqçinin Ukrayna hərbçilərinin Xəzər dənizindəki İran ticarət gəmisinə hücumunu pisləməsi və bunun cavabsız qalmayacağını bəyan etməsindən sonra müzakirə olunmağa başlayıb.

Daha əvvəl İran XİN Ukraynanın Xəzər dənizində İran ticarət gəmisinə hücum etdiyini, nəticədə bir ekipaj üzvünün öldüyünü, ikisinin isə yaralandığını bildirmişdi. Ukrayna lideri Vladimir Zelenski isə öz növbəsində "Telegram" kanalında yazıb ki, Ukrayna Silahlı Qüvvələri Xəzər dənizində İrandan Rusiyaya hərbi yüklərin daşınması üçün istifadə olunan gəmiləri vurub.

Almaz Həsənli