Rusiya Moskvaya dron hücumundan şikayətlənir

Rusiya Moskvaya dron hücumundan şikayətlənir

10:21
Bəyəndim (0) Bəyənmədim (0)


Rusiya hakim rejimi 19 avqust gecəsi Ukraynaya məxsus dronların Moskvaya hücum etdiyini elan edib. Oxuməni.az xəbər verir ki, bunu Moskva meri Sergey Sobyaninin açıqlaması da təsdiqləyir.

Rusiya hakimiyyəti Kiyev vaxtı ilə saat 2:30-dan sonra "Moskvaya doğru uçan 10 dron vurulduğunu" bildirib. Sobyaninin sözlərinə görə, bu dronların sayı bir saatdan az müddətdə 20-ni keçib. Eyni zamanda, Rosaviasiya Moskva hava limanlarının fəaliyyətinə məhdudiyyətlər qoyduğunu elan edib.

Xatırladaq ki, 18 avqustda Moskva bölgəsində baş verən hücum Moskva bölgəsində genişmiqyaslı dron hücumunun bir hissəsi idi. İki saatdan az müddətdə Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilən dronların sayı 83-ə çatdı. Daha sonra bildirildi ki, dron Wildberries bazarının anbarına dəyib. Hücum Boqorodski rayonunda, Atlant Park yaxınlığında baş verib.

Əziz Mustafa